Bəlkə də, ilk dəfə oxunulduqda inanılması çətin gələcək, lakin orqanizminizin içində bir çox saat var. Elm adamlarının bioloji saat kimi də xarakterizə etdiyi bu anlayış, orqanizmin fərqli nahiyələrinə yerləşdirilmiş və hər biri öz vəzifəsinə görə zamana görə proqramlaşdırılmış bir çox mikro saatdan ibarətdir. Bu mikro saatlardan biri də beynin hipotalamus nahiyəsinə yerləşdirilmişdir.

Hər kəs insanların, uşaqlıqdan yetkinliyə qədərki mərhələdə dəyşikliyə məruz qaldıqlarını, həddi-büluğa çatdıqlarını və bu mərhələdə insan orqanizmində müəyyən dəyişikliklərin baş verdiyini bilir. Həddi-büluğa keçid qadınlarda 8-14, kişilərdə 10-16 yaşları arasında yaşanır.
Bəs bu günə qədər yaradılmış milyardlarla insanın orqanizminə yerləşdirilən və tam vaxtında işləməyə başlayan bu saat nədir? Üstəlik, bir insanın həddi-büluğa çatdığını necə heç yanılmadan anlaya bilir?

Beynin hipotalamus nahiyəsi doğumdan etibarən çox xüsusi bir əməliyyatı yerinə yetirmək üçün illərlə gözləyər. Ən doğru vaxt, yəni uşaqlıqdan həddi-büluğa keçmə vaxtı çatdıqda hipotalamusun içində sanki zəngli bir saat çalar. Bu, zəng hipotalamusun yeni bir vəzifəyə başlama vaxtını göstərir.
Əslində bu saat bənzətməsi, elm adamlarının mövcud bir şeyi izah etmək və aydınlaşdırmaq üçün işlətdikləri ifadədir. Əlbəttə ki, hipotalamusun içində bir saat yoxdur. Ancaq bir ət parçası illərlə gözləyib ən doğru vaxt gəlib çatdıqda hərəkətə keçirsə, bunun üçün ən uyğun bənzətmə hipotalamusun içində bir saat olması bənzətməsidir.
Bəs hipotalamusu təşkil edən hüceyrələr doğru vaxtın gəlib çatdığını necə anlayırlar? Elm aləmi, kiçik bir ət parçasında bu qədər şüurlu və proqramlı hərəkətin edilə bilməsinə hələ də bir izah gətirə bilməmişdirlər.(10) Bu hadisə böyük bir möcüzədir. Həmin bu sistemin incəliklərinin sonrakı illərdə öyrənilə bilcəyi ehtimal olunur. Əlbəttə ki, bu incəliklərin başa düşülməsi də Allahın yaratmasındakı mükəmməlliyin yeni bir dəlili olacaq.

Həmin bu zəng işə düşən vaxt, hipotalamus xüsusi bir hormon (QTRH) ifraz edər. Bu hormon da hipofiz vəzisinə iki hormonu ifraz etmə əmrini verər. Çünki hormonların ifraz olunması üçün ən ideal vaxt gəlib çatmışdır. İfraz olunan hormonlar follikulstimiləedici hormon (FSH) və lüteinləşdirici hormon (LH)-dur.

Bu iki hormonun çox əhəmiyyətli vəzifələri və möcüzəvi qabiliyyətləri var. Hər ikisi də kişi və qadın orqanizminin fərqlənmə və fiziki yetkinləşmə prosesini başladarlar. Bu çox mühüm bir incəlikdir; çünki FSH və LH hormonları bu dəyişikliyi təmin edəcək yerlərə uyğun şəkildə dizayn olunmuşdurlar. Eləcə də, hər iki hormon nə etməli olduqlarını çox yaxşı bilirlərmiş kimi hərəkət edərlər.
FSH hormonu qadın orqanizmində yumurtalığın içində yerləşən yumurta hüceyrələrinin yetkinləşməsini və inkişafını təmin edir. Digər bir vəzifəsi də, bu yerdə çox əhəmiyyətli olan digər bir hormonun, estrogen hormonunun ifraz olunmasını təmin etməkdir.
FSH hormonu yenə eyni formul əsasında kişi orqanizmində də ifraz olunur. Ancaq bu dəfə tam fərqli təsirlər meydana gətirir. Xaya hüceyrələrini oyadar və sperma ifrazatını başladar.
LH hormonunun qadın orqanizmindəki vəzifəsi isə, yetkinləşmiş yumurtanın sərbəst buraxılmasını təmin etməkdir. Həmçinin qadınlarda progesteron adlı digər bir hormonun ifraz olunmasını təmin edər.
LH hormonunun kişi orqanizmində fərqli vəzifəsi var. Xayalardakı bir qrup xüsusi hüceyrələri (leydiq hüceyrələrini) xəbərdar edər və testosteron adlı hormonun ifraz olunmasını təmin edər.
Əlbəttə ki, bu hormonların fərqli cinslərin orqanizmlərində eyni formul əsasında ifraz olunmaları və hər cinsdə bir-birlərindən tam fərqli təsirlər göstərmələri çox düşündürücüdür. Kişi orqanizmi və qadın orqanizmi arasındakı fərqi, hormonlar haradan bilirlər? Eyni formula sahib bir hormon, kişi orqanizmində testosteron ifrazını təmin etdiyi halda, qadın orqanizmində progesteron ifrazını necə təmin edə bilir? Eyni formul əsasında ifraz olunan hormonlar necə olur ki, kişi orqanizmini tanıyıb, səsini, əzələlərini kişiyə uyğun hala gətirdikləri halda, qadın orqanizmindəkilər qadının ruhunu və xüsusiyyətlərini bilib bunun əsasında dəyişikliklər edə bilirlər? Eyni hormonla fərqli təsirlərin və fərqli cinslərin meydana gəlməsini təmin edəcək bu mükəmməl genetik proqramı, hüceyrələrin içinə kim yerləşdirmişdir?

Bu planı quran ağıl kimə məxsusdur? Təsadüflərə mi, şüursuz hüceyrələrə mi və ya hüceyrələri meydana gətirən atomlara mı?
Bu ağlın təsadüflərə də, hüceyrələrə də, hüceyrələri meydana gətirən atomlara da aid olmadığı olduqca aydındır. Kişi və qadına xas olacaq şəkildə aparılmış bu tənzimləmələr, bizə bir planın olduğunu göstərir. Allah, üstün güc sahibi Yaradıcımızdır.