Yeni doğulmuş bir körpənin bəslənmə ehtiyacları yetkin bir insanın bəslənmə ehtiyaclarından çox fərqlidir. Eləcə də, körpənin immun sistemi yetkin bir insanınkına görə zəif olduğu üçün möhkəmləndirilməlidir. Yeni doğulmuş bir körpənin bütün bu ehtiyaclarına cavab verəcək ən ideal qida "ana südü"dür. Aparılan araşdırmalar ana südü ilə qidalanan körpələrin olduqca sağlam olduqlarını və orqanizmlərinin daha yaxşı inkişaf etdiyini göstərmişdir.

Ana südünün digər bir möcüzəvi xüsusiyyəti, inkişaf mərhələlərində körpənin dəyişən ehtiyaclarına cavab verəcək şəkildə, tərkibindəki qida maddələrini də dəyişməsidir. Uşaq yeməyi istehsal edən böyük şirkətlər milyonlarla dollar xərcləyərək etdikləri araşdırmalar nəticəsində, bir körpənin sağlam inkişafı üçün ən ideal qarışığı müəyyənləşdirməyə çalışmışdırlar. Lakin gəldikləri axır nəticədə, belə bir qarışığın olmadığını, körpənin dəyişən ehtiyaclarına görə hər mərhələdə xüsusi bir qarışığın hazırlanmalı olduğunu müəyyənləşdirmişdirlər. Sonra isə, ən qabaqcıl texnologiyalara malik laboratoriyalarda ana südünün bənzəri olan süni qidalar əmələ gətirməyə başlanılmışdır. Ancaq heç bir süni qida ana südünün yerini vermir.

Ortada əsil bir möcüzə var. Ananın sinəsindəki bəzi hüceyrələr, heç görmədikləri və heç tanımadıqları xarici aləmdəki bir varlığın - yeni doğulmuş bir körpənin bütün ehtiyaclarını müəyyənləşdirirlər. Sonra isə, elm adamlarının laboratoriyalarda edə bilmədiyini bacarır və ən mükəmməl qida qarışığına sahib olan ana südünü ifraz edirlər. Halbuki ananın sinəsindəki süd vəzlərini təşkil edən hüceyrələr, eynilə digər hüceyrələr kimi şüursuz və ağılsız varlıqlardır. Bu mükəmməl qarışığın formulunu müəyyənləşdirmələri və əmələ gətirmələri qeyri-mümkündür.

Bəs ana südünün ifrazatı necə başlayar və bu ifrazata necə nəzarət edilər? Bu sualın cavabında yenə bir çox yaradılış möcüzəsi gizlənmişdir. Süd ifrazında hormonal sistem və sinir sistemi ortaq şəkildə işləyirlər. Mükəmməl məlumat mübadiləsi və planlama nəticəsində bu ifraz həyata keçirilər.
Ananın sinəsindəki süd vəzlərini hərəkətə keçirən çox xüsusi bir hormon var. Bu hormon (əvvəlki səhifələrdə də bildirildiyi kimi) prolaktin hormonudur. Prolaktin hormonu hipofiz vəzisindən ifraz olunar.

Ancaq hamiləlik dövrünün əvvəlində prolaktin hormonunun ifraz olunmasını məhdudlaşdıran bəzi amillər var. Bu amilləri yoxuşu enən bir avtomobilin əyləc pedalına basılması kimi düşünə bilərik. Avtomobil aşağı doğru hərəkət etməyə meyl edir, ancaq əyləc pedalı basılı olduğu müddətcə hərəkət edə bilməz. Yəni süd ifrazı dayanmış olar.
Prolaktin hormonu ifrazının dayanması olduqca tutarlı qərardır. Çünki körpə hələ doğulmadığı üçün ananın erkən süd ifraz etməsinin faydası yoxdur. Bəs bu əyləc pedalına necə basılar? Prolaktinin vaxtından tez ifraz olunmasının qarşısı necə alınmışdır? Bu sualın cavabı bizə bir yaradılış möcüzəsini göstərir. Beynin hipotalamus nahiyəsi, prolaktin hormonunun ifrazının qarşısını alan bir hormon ifraz edər. Dopamin (prolaktin ifrazının qarşısını alan hormon) adlandırılan bu hormon prolaktin ifrazatı yavaşladar, yəni müəyyən mənada əyləc pedalına basar.

Bəs əyləc pedalına basılmasına kim qərar verir? Hamiləlik dövründə ifraz olunan estrogen adlı bir hormon, hipotalamusun əyləc pedalına basmasını, yəni dopamin hormonu ifraz etməsini təmin edər. Körpənin doğumuyla birlikdə estrogen ifrazatı azalar. Estrogen ifrazatının azalması dopamin hormonunun azalmasını təmin edər. Bu əməliyyat ayağın əyləc pedalından yavaş-yavaş çəkilməsinə və avtomobilin yoxuşdan aşağı enməsinə bənzəyər. Beləliklə də, prolaktin ifrazatı yavaş-yavaş artar. Prolaktin hormonu da süd vəzlərini ana südü ifrazı üçün hərəkətə keçirər.

Ortada əsil bir yaradılış möcüzəsi var. Hamiləliyin ilk aylarında süd ifrazının qarşısı bu dizayn sayəsində alınmışdır. İndi bütün bu sistem üzərində diqqətlə düşünək:
Prolaktin hormonunu ifraz edən hipofiz hüceyrələri, süd vəzlərini haradan tanıyırlar? Süd ifraz etmək vəzifəsini yerinə yetirən hüceyrələrə "süd ifraz et" təlimatını hansı ağıl və şüurla verirlər?

Doğumdan əvvəl prolaktin ifrazının qarşısını alan hormonlar, südün hələ ifraz olunmamasının lazım olduğunu, bir müddət daha gözlənilməli olduğunu haradan bilirlər?
Bu hormonlar süd ifrazını prolaktinin etdiyini və süd ifrazının qarşısını almaq üçün prolaktin hormonu ifrazına maneə törədilməli olduğunu necə öyrəniblər?
Ana südünün ifrazını ən doğru vaxtda təşviq edən digər bir sistem də vardır ki, bu sistem də insan orqanizminin nə qədər plan şəkildə yaradıldığının digər bir dəlilidir.
Körpənin süd əmməsi, ananın sinə nahiyəsindəki bəzi sinir hüceyrələrinin hipotalamusa sinir xəbərdarlığı göndərmələrinə səbəb olar. Bu xəbərdarlıq hipotalamusa təsir göstərər və hipotalamusun sanki prolaktin üzərində basdığı əyləcdən ayağını çəkməsini təmin edər. Beləliklə də, prolaktin ifrazı artar və süd vəzləri süd ifrazı üçün xəbərdar edilmiş olar.
Bu xüsus üzərində bir daha düşünək;

Ananın sinəsi içinə o dünyaya gəldikdən bəri, bəzi reseptorlar yerləşdirilmişdir. Bu reseptorlar körpənin əmmə refleksini ayırd edəcək şəkildə dizayn olunmuşdurlar. Bu reseptorlardan çıxan elektrik kabellərinin (sinir çıxıntıları) bir ucu çox uzaqda yerləşən digər bir orqana, beynin hipotalamus nahiyəsinə bağlanır. Yəni körpənin əmmə refleksinin başlamasını hipotalamus nahiyəsinə bildirmək üçün, xüsusi sistem yaradılmışdır. Bu kabellər ətdən və sümükdən meydana gəlmiş insan orqanizmindəki trilyonlarla yer içində ən doğru yerə bağlanırlar. Səhvə yol verərək beynin görmə mərkəzinə, mədəyə və ya bağırsaqlara deyil, tam lazımi yerə, yəni hipotalamusa bağlanırlar.
Hipotalamusu təşkil edən hüceyrələr də özlərinə bu elektrik siqnalı çatdığı anda, ana südünün ifraz olunması üçün lazım olan əməliyyatı başladarlar. Ancaq bu hüceyrələr ağıl və ya şüur sahibi deyildirlər. Bu siqnalın ana sinəsindən gəldiyini, körpənin əmmə refleksini özlərinə bildirdiyini, buna görə də, ana südünün ifraz olunmalı olduğunu, südün ifraz olunması üçün özlərinə əhəmiyyətli vəzifə düşdüyünü, prolaktin ifrazatı artırmalı olduqlarını, çünki prolaktinin süd vəzlərini hərəkətə keçirəcəyini qətiyyən bilməzlər. Bəs onda, şüursuz hüceyrələrə bu şüurlu hərəkətləri etdirən kimdir?

Kim ana sinəsinin içinə reseptorlar yerləşdirmişdir?
Kim bu reseptorların əmələ gətirdikləri siqnalları ötürəcək kabelləri çəkmişdir?
Kim bu kabellərin ucunu hipotalamusa bağlamışdır?
Kim hipotalamus hüceyrələrinə bu siqnal gəldiyi vaxt hipofiz vəzisinə təsir etməli olduqlarını öyrətmişdir?
Kim hipofiz vəzini təşkil edən hüceyrələrin içinə, süd vəzlərini hərəkətə keçirəcək hormonun formulunu yazmışdır?
Kim bu hormonun, kəllənin içində yerləşən hipofiz vəzindən, ana sinəsinə çatmasını təmin edəcək damar sistemini yaratmışdır?
Kim sinə hüceyrələrini bu hormon gəldiyi vaxt fəaliyyətə keçəcək şəkildə yaratmışdır?
Kim sinə hüceyrələrinə ana südünün (elm adamlarının da təqlid edə bilmədikləri) o bənzərsiz formulu öyrətmişdir?
Əlbəttə ki, bütün bu sualların tək cavabı var: Aləmlərin Rəbbi olan Uca Allah.
Elm və texnologiyanın inkişafı sayəsində insan öz orqanizmini daha yaxından araşdırma imkanı tapmışdır. Bu imkan, insan orqanizmindəki sistemlərin nə qədər böyük ağıl və planlama ilə yaradıldığını göstərmiş və Allahın yaratma sənətini ətraflı şəkildə gözlər önünə sərmişdir.
Allahın varlığını qəbul etməyən insanların bütün bu hadisələr qarşısında hər vaxt olduğu kimi sığındıqları tək bir yalan var; təsadüf...
Bu insanlar canlılardakı və kainatdakı mükəmməl planlama və sənətin mənbəyi haqqında yalnız təsadüfü müdafiə edərlər. Lakin təkcə yuxarıda ümumi şəkildə bəhs etdiyimiz "ana südü möcüzəsi" belə, bu təsadüf iddiasının mənasızlığını göstərmək üçün kifayətdir.
Bu sistemdə iştirak edən minlərlə fərqli işçinin təkcə birinin belə, məsələn, təkcə bir sinə, hipofiz, sinir və ya hipotalamus hüceyrəsinin və ya təkcə bir hormonun təsadüfən yaranması elmi cəhətdən qeyri-mümkündür. Bu sistemin işçilərinin hər biri vəzifələrini yerinə yetirəcəkləri doğru yerdə, varlıqlarını davam etdirmək üçün ehtiyacları olan əlavə sistemlərlə (qan-dövranı, tənəffüs və s.) birlikdə, bir anda yaranmaq məcburiyyətindədirlər. Bunun isə tək bir izahı var; bu sistem Allah tərəfindən yaradılmışdır.
Ana südü möcüzəsindəki digər bir yaradılış dəlili isə, oksitosin adlı hormondur.
Yuxarıdakı sətirlərdə ana südünün ifrazı üçün mövcud olan mükəmməl dizayndan bəhs edildi. Ancaq ortada bir problem var: süd vəzlərində südün ifraz olunması təklikdə kifayət deyil. Körpə ana südünü sinə ucundan, əmzikdən olduğu kimi asanlıqla öz gücüylə əmə bilməz. Süd, süd vəzlərindən sinə ucuna çatdırılmalıdır. Əks halda indiyədək incəliklərindən danışdığımız sistemin heç bir əhəmiyyəti olmayacaq, ana südü süd vəzlərindən sinə ucuna çata bilməyəcək və yeni doğulmuş körpə qidasız qalacaq. Bəs süd sinə ucuna, burdan da körpəyə necə ötürülər?
Tarix boyu ana südü əmən trilyonlarla insan (belə ki, buna siz də daxilsiniz) bunu oksitosin hormonuna borcludur.
Oksitosin hormonu süd vəzi kanallarının ətrafındakı əzələlərin sıxılmalarını təmin edir. Məhz bu sıxılmalar sayəsində süd, süd vəzlərindən sinə ucuna doğru hərəkət edər və bu nahiyədə hazır vəziyyətdə gözləyər. Beləliklə də, əmizdirmə əməliyyatı əsnasında süd asanlıqla körpəyə çatmış olar.
Bəs oksitosin hormonunu ifraz edən hüceyrələr, südün istifadə edilə bilməsi üçün ana sinəsinin ucuna çatdırılmalı olduğunu, əks halda körpənin süd əmə bilməyəcəyini haradan bilirlər? Bunu bilsələr belə, süd kanalındakı hüceyrələrin sıxılmalarını təmin edəcək formulu necə bilirlər?
Bu suallar bir insanın mövcud sistemdəki mükəmməlliyi daha yaxşı qavraya bilməsi üçün öz-özünə verməli olduğu suallardır. İnsan orqanizmindəki bütün hüceyrələr üzərində təcəlli edən ağıl və şüur, özlərini yoxdan yaradan Allahın sonsuz elmini əks etdirir. Allah Quranda göydən yerə qədər olan hər işi Özünün idarə etdiyini belə bildirmişdir:

O, göydən yerə qədər olan bütün işləri idarə edir... (Səcdə surəsi, 5)