Bu hormon hipotalamus tərəfindən ifraz olunar və hipofizin arxa payında ehtiyyat halında saxlanılar. Lazım olduğu vaxt hipotalamusdan gələn əmr (sinir xəbərdarlığı) nəticəsində hipofiz tərəfindən ifraz olunar. Vəzifəsi, süd kanallarının sıxılmasını təmin etməkdir. Oksitosin hormonunun ana südü ifrazındakı vəzifəsindən isə, "ana südü möcüzəsi" hissəsində ətraflı şəkildə danışılacaq.
Oksitosin hormonunun ana südü ifrazındakı vəzifəsindən savayı, digər bir vəzifəsi də doğum yaxınlaşdığı zaman bətni təşkil edən əzələlərin sıxılmasını təmin etməkdir. Belələliklə də, doğumun asanlaşmasını təmin edər. Doğum vaxtı yaxınlaşdıqda oksitosin ifrazı sürətlə artar. Çox maraqlıdır ki, həmin bu vaxtda bətni təşkil edən əzələlər, oksitosin hormonuna qarşı fövqəladə dərəcədə həssaslaşar.(6) Doğum əsnasında bəzi qadınlara, ağrının dayanması və doğumun daha asan olması üçün damardan oksitosin yeridilir.
Oksitosin hormonu ifrazının düzgün gedə bilməsi üçün hipotalamusu təşkil edən hüceyrələr, özlərindən çox uzaqda baş verən doğum hadisəsinin bütün təfərrüatları haqqında məlumat sahibi olmaq məcburiyyətindədirlər. Doğumun çətin proses olduğunu, doğumun baş verməsi üçün bətni təşkil edən əzələlərinin sıxılmaları və körpəni çölə doğru itələməli olduqlarını bilmək məcburiyyətindədirlər. Eləcə də, bətni təşkil edən əzələlərin sıxılması üçün, bir kimyəvi maddə ifrazının lazım olduğunu və bunun formulunu bilməlidirlər. Hipotalamus hüceyrələrinin genlərinə oksitosin hormonunun ifrazat planını yerləşdirən, dünyaya yeni gələcək körpəni, ananı, ana bətninin və hipotalamus hüceyrələrini yoxdan yaradan Allahdır.
Allahın göylərdə və yerdə baş verən hər hadisəyə hakim olduğu və hər şeyin Onun nəzarəti altında reallaşdığı Quranda belə bildirilmişdir;
Göylərdə və yerdə olanlar, Ona məxsusdur. Hamısı Ona könüllü surətdə təzim edir. Yaratmağa başlayan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, üstün və güclü, hökm və hikmət sahibidir. (Rum surəsi, 26-27)