Azot oksidi haqqındakı araşdırmamıza ilk kəşf edildiyi yer olan damarlardan başlayaq. Məlum olduğu kimi, damarlar, ürək və qanla birlikdə, ürək qan-damar sistemini meydana gətirər. Ümumilikdə 100 min kilometrdən artıq uzunluqda olub orqanizmimizin hər tərəfinə paylanan damarlarımız böyük bir quru yolu şəbəkəsinə bənzədilə bilər. Kiçik bir hesablama aparsaq, bu sayın əhəmiyyətini daha yaxşı anlaya bilərik: bir insanın sahib olduğu damarlar uc-uca əlavə olunacağı təqdirdə, dünyanın ətrafını iki dəfə yarım dolanacaq bir uzunluğa çatar.

Bunu da xatırladaq ki, orqanizmimizdəki damar sistemi, inkişaf etmiş bir ölkənin, məsələn, ABŞ-ın sahib olduğu quru yolu şəbəkəsiylə müqayisə edilməyəcək qədər mürəkkəbdir. Quru yolları müəyyən genişlikdə salınar və günün müxtəlif saatlarında dəyişən nəqliyyat hərəkəti sıxlığına görə zolaqların sayı artmaz və ya azalmaz. Halbuki damarlarımızın daxili genişliyi sabit deyildir, yəni damarlarımız bizim fəaliyyətlərimizə uyğun olaraq daralar və ya genişlənər, beləliklə də, qan təzyiqinin tənzimlənməsində əhəmiyyətli rol oynayarlar. Məhz bu mükəmməl sistem vasitəsilə, orqanizmin fərqli mühitlərə görə dəyişən ehtiyacları avtomatik şəkildə təmin edilər. Qan damarlarının, idman edərkən genişlənərək artan qan ehtiyacını təmin etməsi və ya yaralanmadan sonra daralaraq qanaxmanı azaltması, haqqında danışılan mükəmməl sistemin bir nəticəsidir.
Bəs damarlar nə vaxt genişləməli və ya nə vaxt daralmalı olduqlarını necə anlayırlar? Bu sualın cavabının insan həyatı baxımından çox əhəmiyyətli olduğu aydındır. 100 min kilometrlik damar şəbəkəsinin hər hansı bir nöqtəsində yarana biləcək kiçik bir xətanın, düzəldilməsi qeyri-mümkün xətalar yaradacağı aydındır.
Elm adamları bundan on il əvvələdək, damarların içində bəzi çox mürəkkəb əməliyyatlar baş verdiyini güman edir, lakin yuxarıdakı sualın cavabını verə bilmirdilər. Aparılan tədqiqatların nəticələri kimyəvi bir xəbərçinin varlığını ortaya çıxartdı. Bu xəbərçi azot oksidi molekulu idi. Damarlara genişləmələri "təlimatını verən" bu iki atomlu molekul idi.
İndi isə, damarlarımızın dərinliklərində azot oksidi ifraz edən möhtəşəm müəssisələri daha yaxından araşdıraq.
Elektron mikroskobuyla araşdırıldıqda, damarların, kiçiklikləriylə tərs mütənasib şəkildə olduqca böyük strukturlar olduqları görüləcək. Məsələn, yan-yana düzülən 10 kapilyar damar, ancaq insan saçının bir teli qalınlığındadır. Bu qədər dar olan damarlarımızın daxili divarları, düz əzələ hüceyrələrinin meydana gətirdiyi bir toxumayla örtülmüşdür və damarların genişlənib-daralması da bu toxumanının fəaliyyətləri nəticəsində baş verir. Əzələ hüceyrələri qanla bilavasitə təmas etməzlər, çünki endotel hüceyrələri əzələ hüceyrələri ilə qan arasında qişalı bir təbəqə meydana gətirərlər.
Endotel hüceyrələri bir zəncirin halqaları kimi yan-yana düzülərək endotel təbəqəsini meydana gətirərlər. 1980-ci illərə qədər bu hüceyrələrin, qanın damardakı axınını asanlaşdırmaqdan başqa heç bir mühüm fəaliyyətinin olmadığına inanılırdı. Halbuki həqiqətin çox fərqli olduğu daha sonra ortaya çıxdı. Endotel hüceyrələrinin məsuliyyətlərindən birinin NO xəbərçisini ifraz etmək olduğu məlum oldu.
Endotel hüceyrəsini bir fabrik kimi təssəvvür etsək, azot oksidi molekulları da bu fabrikin məhsullarına bənzədilə bilər. Əlbəttə ki, fabrik deyildikdə ağla gələn ilk şey böyük sənaye müəssisələri ola bilər. Halbuki, burada damarın içində yerləşən metrin yalnız milyonda bir hissəsi kiçikliyindəki bir fabrikdən söhbət gedir. Bu mikroskopik fabrikin kimyəvi məhsulları da metrin milyardda bir hissəsi qədər olan xəbərçi azot oksidi molekullarıdır. Bu ölçünü gözümüzdə canlandıra bilmək üçün belə bir nümunə verə bilərik: NO molekulunu çılpaq gözlə bir üzüm çəyirdəyi ölçüsündə görülməsi üçün bir tennis topu dünya böyüklüyündə olmalıydı.

 

Azot oksidi ifrazatı müəssisəsi: endotel hüceyrəsi
Arginin adlı amin turşusu, NOS fermenti, nikotinamid adenin dinükleotid fosfat (NADF), kalmodulin (Ca2+ birləşdirici zülal), oksigen, flavin mononükleotid, flavin adenin dinükleotid, tetrahidrobiofterin…
Bu sözlərin böyük hissəsini həyatınızda ilk dəfə eşitmiş ola bilərsiniz. Ancaq endotel hüceyrəsi bu mikroskopik maddələri çox yaxşı tanıyır və bunlardan azot oksidi molekulunu ifraz etmək üçün istifadə edir.
Dövrümüzün qabaqcıl texnologiyasından istifadə edərək kimyəvi məhsullar istehsal edən fabriklər endotel hüceyrələrindən trilyon dəfə böyükdür. Buna baxmayaraq, endotel adlı mikroskopik fabrikin texnologiyası, gördüyümüz nəhəng sənaye müəssisələrinin texnologiyasından xeyli üstündür. NO-nun ifraz olunma yeri olan endotel hüceyrəsi araşdırıldıqca nəzərdə tutduğumuz gözəçarpan fərqlər də anlaşılacaq. 20-ci əsrin son on ili ərzində ortaya çıxarılmış mürəkkəb əməliyyatları, ilk insanın yaradıldığı gündən bəri çətinlik çəkmədən edən endotel hüceyrəsinin üstün xüsusiyyətləri nələrdir?
Endotel hüceyrəsi NO molekulunu əmələ gətirmək üçün hansı kimyəvi maddədən nə qədər istifadə etməli olduğunu çox yaxşı bilir. Yanlış və ya xətalı bir ifrazat prosesi getməz. Məsələn, azot oksidi (NO) əvəzinə güldürücü qaz kimi tanınan oksid diazot (N2O) ifraz etməz. Endotel hüceyrəsində qətiyyən nəzarətsiz ifrazat prosesi getmir. İstehsal prosesində çox həssas tarazlıqlar var. Bu məqamda bunu təkrar xatırladaq: endotel hüceyrələri normadan az xəbərçi əmələ gətirsəydi, damarlarımız daralar, qan təzyiqimiz sürətlə yüksələr, bu da infarkta gətirib çıxarardı. Eləcə də, bunun əksi baş versəydi, damarlarımız həddən artıq genişlənər, qan təzyiqimiz enər, bu da şok vəziyyəti yaradardı. Ancaq endotel hüceyrələri ölümümüzə səbəb ola biləcək belə nisbət xətalarını heç vaxt etməzlər.
Haqqında danışılan hüceyrələr həyatımızın hər anında ifrazat prosesini aparmaq üçün hazır vəziyyətdədirlər və ehtiyac olduqda dərhal fəaliyyətə keçərək ifrazat prosesinə başlayarlar. Bu kiçik fabrik olduqca səmərəli işləyər. Əmələ gətirdiyi NO xəbərçi molekullarını ehtiyyat halında toplamaz. Beləliklə də, ehtiyyat halında saxlamanın yaratdığı problemlər aradan qaldırılar.
Damarlarımızın dərinliklərindəki bu fövqəladə fabriklərin istənilməyən zərərli məhsulları yoxdur. Qlobal istiləşmə, turşulu yağışlar, ətraf mühit çirkliliyi kimi dünya gündəmindəki bir çox problemin kimyəvi tullantılardan qaynaqlandığı düşünülsə, endotel hüceyrələrinin nə qədər müvəffəqiyyətli olduğu daha yaxşı aydın olar. Çünki azot oksidi molekulları 10 saniyə kimi qısa müddət ərzində vəzifələrini tamamlayaraq "parçalanarlar". Beləliklə də, orqanizmdə toplanaraq zərərli təsirlər meydana gətirməzlər. Bütün bunlar onu göstərir ki, endotel hüceyrələri kimyəvi məmulatların ifrazatında, mümkün olan ən ideal üsuldan istifadə edərlər.
Bir fabrik mühəndislərin və işçilərin əsəridir. Bu fabrikdəki sistemlər də dizaynerlərin nə qədər təkmilləşmiş bir texnologiyaya sahib olduqlarını göstərər. Heç kəs buna şübhə etməz. Endotel adlı fabrik də üstün bir Yaradıcının əsəridir. Bu mikroskopik fabrik, orqanizmimizdəki digər 100 trilyon fabriklə birlikdə Allahın sonsuz elmini açıq şəkildə göstərər.